“Beşiktaş”ın adı seks qalmaqalında hallanır

“Beşiktaş”ın 16 yaşına qədər futbolçularından ibarət komandası Yunanıstan səfəri zamanı qalmaqal yaradıb. Almaniyanın “Bild” qəzetinin yazdığına görə, futbolçular “Panatinaikos”la həlledici oyundan əvvəl bütün gecəni qadınlarla keçiriblər.

Xaricimedia.com xəbər verir ki, Rodos kubokunda mübarizə aparan “Beşiktaş”ın U-16 komandası “Panatinaikos”u 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmadan əvvəl isə futbolçular qaldığı oteldə eyş-işrət məclisi düzəldiblər. Mehmanxanaya fahişələri dəvət edən “Beşiktaş”lılar gecə birlikdə olmaqla yanaşı, səhər yeməyinə də onlarla gəliblər.

“Beşiktaş” rəhbərliyi xəbəri təkzib edib.

Paylaş