İtlər bizə görə stress yaşayır

İtləri insanın ən yaxın dostu adlandırırlar. Əbəs yerə deyilmiş. İtlər bizə görə stress yaşayırmış.

Xaricimedia.com xəbər verir ki, İsveçin Linçepinq Universitetinin elm adamları sahibinin emosional vəziyyətinin itin psixoloji durumuna birbaşa təsir göstərdiyini üzə çıxarıb. Eksperimentdə onlarla şelti, kolli cinslərindən olan itlər və sahibləri iştirak edib.

Mütəxəssislər bu ev heyvanının orqanizmindəki dəyişiklikləri diqqətlə müşahidə edib, hormonların vəziyyətinə baxıblar. Xüsusi xalta itlərin fiziki aktivliyini qeydə alıb. Məlum olub ki, sahibinin psixoloji vəziyyətinin qaydasında olmaması iti stressə salır. Maraqlıdır ki, əks təsir müşahidə olunmayıb. Yəni biz itlərin psixoloji durumuna uyğun davranmırıq.

Paylaş