Saunaya getməyin böyük faydası varmış

Saunaya getmək idman zallarında olduğu qədər faydalıdır. “The Daily Mail” qəzeti bununla bağlı araşdırmanı dərc edib.

Xaricimedia.com xəbər verir ki, tədqiqat üçün 19 könüllü saunada vaxt keçirib. Nəticə çox yaxşı olub. Saunada 25 dəqiqə vaxt keçirmək idman zallarındakı məşqlər qədər effekt verir. Həm ürək döyüntüsü, həm də qan təzyiqi lazımi ritmdə olur. Bircə çatışmazlıq çəki atmaqla bağlıdır. Sauna əzələ fəallığı yaratmadığından, arıqlamağa kömək etmir.

Könüllülər saunanı tərk edəndən sonra həm ürək döyüntüləri azalıb, həm də qan təzyiqi aşağı düşüb. Bundan mütəxəssislər belə qənaətə gəlir ki, sauna ürəyin fəaliyyətinə yalnız yaxşı təsir göstərir.

Bircə təzyiqi ənənəvi aşağı olanlar ehtiyatlı davranmalıdır. İstənilən adam saunadan çıxandan sonra su içməlidir. Yoxsa orqanizmin tarazlığı pozular.

Paylaş