Gürcüstanda rus dilində filmlərin nümayişi qadağan edildi

Tiflis parlamentindəki qalmaqaldan, gürcülərin etiraz aksiyalarından sonra yeni hadisələr baş verir. Rusiyadan Gürcüstana təyyarələrin uçuşuna qadağa qoyulmuşdu. İndi də Gürcüstanda filmlərin rusca yayımı yasaq olunub.

Xaricimedia.com xəbər verir ki, qonşu ölkədə bir daha bu dildə dublyajlara imkan verilməyəcək. Rusca filmlərin kinoteatrlarda nümayişinə qadağa qoyulub.

Rusiya mətbuatı yazır ki, Tiflisdə rus turistlərə münasibət dəyişib. Onlarla kobud danışır, qiymətləri 20-30 faiz artırırlar. Gürcüstan tərəfi isə əksini iddia edir. Şəxsən prezident Salome Zurabişvili demişdi ki, sadə rusları Gürcüstanda heç kim incidə bilməz.

Paylaş