Suriyada qədim xəzinə tapıldı

Müharibə Suriyanı tamam əldən salıb. Şəhərlər darmadağın olur. Amma qəribədir ki, dağıntıların arasından qədim xəzinə tapılıb.

Xaricimedia.com xəbər verir ki, Suriyanın şimalındakı Homs vilayətində hərbçilər yüzdən çox qiymətli əşya aşkar ediblər. SANA informasiya agentliyinin məlumatına görə, Rastan şəhərində bürünc şir heykəli, mozaika fraqmentləri, qədim möhür, dəmir pullar tapıblar. Tarixi əşyalar evlərin birinin gizli otağında üzə çıxıb. Burada gil qablar, çilçıraqlar da aşkar olunub.

Bir müddət əvvəl İerihon şəhərində rus arxeoloqlar İrod Arxelay dövrünə aid qədim dəmir pullar tapmışdılar. Məhz bu dövlət rəhbərinin zamanında İsa peyğəmbərin anadan olduğu bildirilir.

Paylaş