Şimali Koreyada həbs olunan avstraliyalı tələbə azadlığa çıxdı

Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyaya getmək xüsusilə Qərb dövlətlərinin vətəndaşları üçün təhlükəlidir. Bunun avstraliyalı Aleks Siqli nəzərə almamışdı və həbs olunmuşdu.

Xaricimedia.com xəbər verir ki, Siqli azadlığa çıxıb. Bu haqda Avstraliyanın baş naziri Skott Morrison məlumat verib. O, köməyə görə İsveç hökumətinə minnətdarlığını bildirib.

Aleks indi Çindədir. Hər şeyin qaydasında olduğu bildirilir.

Siqli Şimali Koreyaya keçən ilin sonlarında yola düşmüşdü. Şimali Koreya ədəbiyyatı ilə yaxından maraqlanırdı. Eyni zamanda, orada özünün turist agentliyini inkişaf etdirmək istədiyi də deyilir. Siqli Şimali Koreyaya turlar təşkil etməyi düşünürmüş.

İyunun 27-də dostları Aleksdən bir neçə gündür xəbər çıxmadığını yaymışdılar. O, nə yaxınları ilə əlaqə saxlayır, nə də sosial şəbəkələrdə görünürdü. Bundan sonra məsələyə Avstraliya hökuməti qarışmışdı. Aleks bu günlər ərzində həbsxanada olub.

Paylaş