SSRİ-yə əsir düşən almanın danışdıqları: “Moskva küçələrində meymun kimi gəzdirdilər”

İkinci Dünya Müharibəsi Hitler Almaniyasının məğlubiyyəti ilə başa çatmışdı. Bunun zərərini həm də sıravi almanlar görmüşdü. Döyüşüb əsir düşənlər də az əziyyətlə üz-üzə qalmamışdı.

XariciMedia.com xəbər verir ki, Helmut Oygen SSRİ ilə müharibənin lap əvvəlində əsir düşüb. Təyyarəçi 1941-ci ilin iyulunda düşmənin əlinə keçib.

Oygenin danışdığına görə, Fransada, Polşada uğurlu əməliyyatlar keçirib. Moskvanı da az bombalamayıb. Amma həmin gün pilot yoldaşı Yurgenlə bəxtləri gətirməyib. Rus təyyarəsi bir az aşağıda qəfil peyda olub. Almanların təyyarəsi ciddi xəsarət alır. Rus pilot kənara atəş açmaqla göstərir ki, düşmən uzağa gedə bilməyəcək, ən yaxşısı yaxınlıqdakı aerodromda eniş etməkdir. Helmutla Yurgen beləcə əsir düşürlər.

Oygen əsirlikdəki güzəranlarını dəhşətlə xatırlayır. Dediyinə görə, onları dəstələrlə Moskva küçələrində gəzdiriblər: “İnsanlar sanki heyvanxanada meymuna baxırdılar”.

Sonradan Helmutla Yurgeni ayrı-ayrı düşərgələrə göndəriblər. Hər ikisi müharibəsdən sonra Almaniya Demokratik Respublikasında yaşayıb.

Paylaş