“Xarici Media” onlayn qəzetinin məxfilik siyasəti

Giriş

Məxfilik siyasəti xaricimedia.com domen adı altında fəaliyyət göstərən “Xarici Media” onlayn qəzetinin (“Xarici Media”) öz istifadəçiləri barədə hansı məlumatları topladığına, həmin məlumatlardan necə istifadə etdiyinə və hansı tərəflərlə paylaşdığına aydınlıq gətirir.

“Xarici Media” bəyan edir ki, saytı ziyarət edən istifadəçilərlə bağlı heç bir məlumat toplamır.

“Xarici Media” istifadəçilərinin hər hansı məlumatları toplanırmı

“Xarici Media” sayt olaraq istifadəçilərin məlumatlarını toplamasa da, saytda istifadə olunan izləmə (tracking) və reklam kodları istifadəçlərin davranışı ilə bağlı məlumatlar toplaya bilər. “Xarici Media” öz saytında “Google Analytics” və “Liveinternet” izləmə kodlarından istifadə edir. Bu kodlar ziyarətçilərin davranışı ilə bağlı məlumatları toplayaraq hesabatlar hazırlayırlar. Hesabatlar fərdi deyil, ümumi xarakter daşıyır.

“Google” şəbəkəsinin məxfilik siyasəti ilə burada tanış ola bilərsiniz.

“Liveinternet” şəbəkəsinin fəaliyyəti ilə bağlı məlumatlarla burada tanış ola bilərsiniz.

Həmçinin “Xarici Media” üçüncü tərəfə məxsus reklam kodlarını da öz saytında yerləşdirə bilər. Bu zaman həmin kodlar istifadəçilərdən məlumatlar toplayarsa, “Xarici Media” məxfilik siyasəti ilə bağlı bu sənədə dəyişikliklər edəcək.

Məxfilik siyasətində dəyişikliklər

“Xarici Media”-nın fəaliyyətində baş verə biləcək dəyişikliklər məxfilik siyasəti ilə bağlı bu sənəddə də dəyişikliklərə səbəb ola bilər. “Xarici Media” istənilən vaxt bu sənəddə dəyişikliklər edə bilər.